Müdafiə nazirinə görə misirli satirikin verilişi bağlanıb
03 noyabr 2013 05:48 (UTC +04:00)

Müdafiə nazirinə görə misirli satirikin verilişi bağlanıb

Misirin «CBC» telekanalı «əl-Barnamanq»(«Veriliş», «Proqram») şousunun yayımlanmasının dayandırıldığını elan edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, həmin şounun aparıcısı satirik Basim Yusif idi.

 

Bir müdət öncə o, ölkənin müdafiə naziri  Əbdülfəttah əs-Sisini satira ilə tənqid etmişdi. Ona görə də nazirin tərəfdarları və bir neçə ictimai hərəkat onu məhkəməyə vermişdi.

 

Ehtimal olunur ki, ona qarşı sürülən ittiham və verilişinin bağlanması «sisimaniya» ifadəsi ilə bağlıdır.

 

«CBC»-nin rəhbərliyi bildirib ki, Yusif TV-nin «redaksiyanın siyasətini» pozduğu üçün bu proqram efirdən yığışdırılıb.

 

«Proqram» adlanan verilişdə Yusif Misirdə «vətənin qurtuluşçusu» kimi ad çıxarmaqda olan əs-Sisinin ünvanına kəskin fikir söyləyib. O, devrilişdən sonra ölkədə söz azadlığını olmamasını da dolayı yola çatdırmışdı.

 

Bu tanınmış satirik «cəmiyyətin təhlükəsizliyin pozmaq məqsədi ilə yalan informasiya yaymaq» ittihamı ilə mühakimə edilə bilər.

 

Ölkədəki liberal müxalifət təmsilçiləri, o cümlədən Məhəmməd Baradey də onu dəstəkləyən bəyanatla çıxış edib.

 

Qeyd edək ki, Basim Yusif Məhəmməd Mursinin hakimiyyətində də prezidenti və «Müsəlman qardaşları» hərəkatını ələ salırdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

Oxşar yazılar