Mübarəkin məhkəməsi yenə təxirə salınıb
12 may 2013 04:25 (UTC +04:00)

Mübarəkin məhkəməsi yenə təxirə salınıb

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin  məhkəməsi başlamamış təxirə düşüb.

 

Lent.az-ın  xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məhkəmə iyunun –də keçiriləcək. Buna səbəb kimi 55 min səhifəlik işin öyrənilməsi göstərilib.

Xatırladaq ki, Hüsnü Mübarək 2011-ci ildə hakimiyyətin devrilməsi ilə nəticələnən nümayişlər zamanı kütləvi qətlləri törətməkdə ittiham olunur.

Yerli KİV-in məlumatına əsasən,  məhkəmənin keçirildiyi  polis akademiyasının binasını 3 minədək polis və əsgər qoruyub.

Mübarək  2012-ci ilin iyununda ömürlük həbsə məhkum edilsə də, ali məhkəmə instansiyası bu ilin yanvarında işə yenidən baxılması barədə qərar qəbul etdi.

Mübarəkın korrupsiyada ittiham olunan oğullarının işinə də yenidən baxılacağı gözlənilir. .

İki il öncə  18 günlük nümayişlərdə 840 nəfərin öldürüldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar