Moskvaya silah və minlərlə sim-kart gətirən azərbaycanlılar saxlanılıb
01 iyul 2013 18:04 (UTC +04:00)

Moskvaya silah və minlərlə sim-kart gətirən azərbaycanlılar saxlanılıb

Moskvanın Varşava şosesində tranzit nömrə nişanlı “Mercedes” markalı minik avtomobili saxlanılıb.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avtomobili idarə edən Azərbaycan vətəndaşı polisin göstərişinə məhəl qoymayaraq aradan çıxmaq istəsə də, bir neçə dəqiqə sonra polislər onu yaxalayıb.

 

Avtomobildə 15-30 yaşlı dörd Azərbaycan əsilli şəxs olub. Maşına baxış zamanı odlu silah kimi düzəldilmiş qaz tapançası, iki bankomat skimmeri və müxtəlif mobil operatorlara məxsus minlərlə sim-kart aşkarlanıb.

 Hazırda Azərbaycan vətəndaşları polis şöbəsindədir. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934
avatar

Oxşar yazılar