Moskvadakı daha bir ticarət mərkəzində miqrantlar yoxlanılır
28 oktyabr 2013 12:17 (UTC +04:00)

Moskvadakı daha bir ticarət mərkəzində miqrantlar yoxlanılır

Rusiyanın paytaxtı Moskvadakı daha bir ticarət mərkəzində miqrantlara qarşı genişmiqyaslı yoxlamalara başlanılıb. Lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, paytaxt polisi bu dəfə “Sadovod”da dekriminalizasiya tədbirləri həyata keçirib.

 

Polislər ticarət mərkəzinin ərazisindəki vətəndaşların sənədlərini yoxlayırlar. Kimin sənədində problem aşkarlansa, o, gələcək yoxlamalar üçün avtobusa mindirilir.

 

Tədbir çərçivəsində polislər miqrantların Rusiya ərazisində qanuni yaşayıb-yaşamadıqlarını müəyyənləşdirir, habelə, onların Moskvadakı cinayətlərdə nə dərəcədə iştirakını yoxlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994
avatar

Oxşar yazılar