Cari ilin əvvəlindən Moskvada qanunsuz yaşayan 13 min mühacir Rusiyadan deportasiya olunub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda Moskva hökumətinin başçısı Sergey Sobyanin «Komsomolskaya pravda»-ya müsahibəsində bildirib.
«Rusiya qanunlarını pozan 42,8 min xariciyə ölkəmizə gəlmək yasaqlanıb. Bu, ötən ildəkindən çoxdur»-deyə, o, söyləyib.
Sobyaninin sözlərinə görə, mühacirlərsiz Moskva keçinə bilməz, çünki bu şəhər iqtisadiyyatının «enişinə» səbəb olar.
«Baryeri sərtləşdirmək lazımdır. Barmaq izlərini götürüb, dəqiq fotoları insanlar haqqında məlumat bazasına daxil edilməlidir. Sərhəd xidməti səmərəli işləməlidir. Əgər qonağa bir dəfə ölkəmizə gəlmək yasaqlanıbsa, o, saxta sənədlərlə yenidən qayıda bilməsin» -deyə, Moskva hökumətinin başçısı bildirib.