Moskvanın şərqindəki qanunsuz mühacirlər üçün müvəqqəti düşərgədə 400-ə yaxın insanın olduğu bildirilib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, onların tezliklə vətənlərinə yola salınacağı gözlənilir. Məlumata əsasən, qanunsuz mühacirlərin çoxu Vyetanm vətəndaşıdır.
Mənbə bildirib ki, deportasiya haqqında məhkəmənin qərarından sonra düşərgəyə gətirilirlər. Çadır şəhərcik 900 nəfər hesablanıb. Yemək hərbi mətbəxdə hazırlanır.
Ötən günlər keçirilən reydlər nəticəsində düşərgədə omardan çox adam var.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, son günlər Moskvada artıq 2 mindən çox mühacir saxlanılıb.