Noyabrın 6-da Rusiya paytaxtında havanın hərarətində rekord göstərici qeydə alınıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün Moskvada 14,5 dərəcə isti olub. Sonuncu dəfə Moskva şəhərində bu cür temperatur 175 il əvvəl qeydə alınıb.
“Fobos” hava mərkəzinin mütəxəssisi Yelena Volosyuk deyib ki, Moskvaya isti hava kütləsi Aralıq dənizi akvatoriyasından gəlib. Paytaxtda anomal hava şəraiti noyabrın sonlarına qədər davam edəcək.