Moskvanın Bolotnaya meydanında müxalifətin mitinqi başa çatıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu barədə Moskva şəhər Baş polis idarəsi məlumat yayıb.
Müxalifət mitinqə 30 mindən çox insanın gəldiyini, rəsmilər isə 8 min nəfərin aksiyaya qatıldığını bildirib.
Polisin məlumatına əsasən, aksiyada iki kiçik olay qeydə alınıb. Həmin hadisələr nəticəsində xəsarət alan olmayıb.