Moskvada azərbaycanlıların işlədiyi bazarda atışma: <span style="color:red;">yaralılar var
07 sentyabr 2014 12:53 (UTC +04:00)

Moskvada azərbaycanlıların işlədiyi bazarda atışma: yaralılar var

Moskvada azərbaycanlı iş adamı İlham Rəhimova və ortaqlarına məxsus “Sadovod” bazarında atışma ilə müşaiyət olunan kütləvi dava baş verib.

 

Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, dünən axşam baş vermiş davada 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb.

Şahidlərin bildirdiyinə görə qarşıdurmada 200-dən çox adam iştirak edib. Onlar dəyənəklərlə və tapançalarla silahlanıb. Atışma səslərindən sonra bir  nəfərin yerdə hərəkətsiz halda uzandığı, onun öldüyünün güman edildiyi bildirilir. İki avtomobil əzilib, bazarın mühafizəçiləri qarşıdurmanı dayandırmaq üçün qapıları bağlayıblar, lakin hasarın çöl tərəfindəki kütlə mühafizəçilərə daş və dəyənəklərlə hücum edib.

Qarşıdurmanı sakitləşdirmək üçün “Sadovod”a bir neçə polis naryadı göndərilib. Polisdən bildirildiyinə görə davanın qarşısı alınıb və 4 nəfər travmatik tapançadan açılan atəşlə xəsarət alıb. İnsidentdə park yeri üstündə mübahisənin səbəb olduğu bildirilir. “Sadovod” bazarında əvvəllər də bu cür kriminal hadisələr-kütləvi dava-dalaş, atışma, soyğunçuluq və s. hallar baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2569
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35