Həkim yeni doğulan körpəni oğurladı
25 iyul 2024 18:54 (UTC +04:00)

Həkim yeni doğulan körpəni oğurladı

Braziliyada uşaq nevroloqu yeni doğulmuş körpəni anası ilə yatdığı palatadan qaçırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Braziliyanın Qoyas əyalətində 42 yaşlı tibb işçisi uşağı qaçırdığı üçün həbs edilib. Məlumata görə, həkim Klaudiya Alves ana və uşağın yatdığı otağa daxil olaraq qızı bel çantasına qoyub və xəstəxanadan çıxarıb.

Qızlarının itdiyini görən valideynlər polisə müraciət ediblər. Kamera görüntülərinə baxdıqdan sonra hüquq-mühafizə orqanları oğrunun yerini müəyyənləşdirib.

Uşaq Alvesin evində tapılıb.

Yeni doğulmuş körpə ailəsinə qaytarılıb, onu oğurlayan həkim həbs olunub və onu 8 ilə qədər həbs cəzası gözləyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3246
avatar

Oxşar yazılar