Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"
25 iyul 2024 22:47 (UTC +04:00)

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

“Yetim uşaqlar” üçün ianə topladıqlarını bildirən fırıldaqçılar Türkiyənin məşhur müğənnisi Sezen Aksudan təxminən 220 min lirə pul alıblar.

Lent.az xəbər verir ki, məşhur müğənni Sezen Aksu Türkiyədə son vaxtlar geniş yayılan telefon fırıldaqçılığının qurbanı olub.

Əldə olunan məlumata görə “Minik Serçe” ləqəbli Sezen Aksuya Beyoğlu Bələdiyyə sədrinin müavini kimi zəng edən fırıldaqçılar kimsəsiz uşaqlar üçün ianə topladıqlarını bildiriblər.

Aksu uşaqlara kömək etmək üçün bu təklifi qəbul edib və zəng edənlərlə 420 min TL-yə razılaşıb. Müğənni ilkin mərhələdə zəng edənlərin hesabına 220 min TL (11321 AZN) göndərib.

Daha sonra Aksunun köməkçisi şübhələnərək bələdiyyəyə zəng edib. Bələdiyyə rəsmiləri isə belə bir kampaniyanın olmadığını bildirdilər.

Aldadıldığını anlayan Aksu polis bölməsinə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar