Moskvanın cənub-qərbində hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan, Özbəkistan və Tacikistandan olan 350 qeyri-qanuni mühaciri saxlayıblar. Bu barədə APA «Russkaya slujba novostey»ə istinadən məlumat verir.
Xüsusi təyinatlı polis dəstəsinin döyüşçülərinin müşayiəti ilə mühacirlər polis məntəqəsinə çatdırılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan mühacirlərdən 9 nəfəri Rusiyadan çıxarılacaq.