Moskvanın şimalında «Reçnoy vokzal» metro stansiyası yaxınlığında marşrut avtobusunun damındakı qaz balonunun partlayıb. İlkin məlumata əsasən, bir nəfər zərər çəkib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, balona yaxın yerdə duran bir qadın qəlpə yarası alıb.
Şahidlər partlayış baş verən zaman avtobusda sərnişinin olmadığını deyiblər. Onların sözlərinə görə, balon bir dəqiqəyə yaxın «avtobusun yan-yörəsində uçub» və ondan 50 metr aralı düşüb.
Avtobusun şüşələri sınıb. Dayanacaqdakı marşrut taksilərə ziyan dəyib.
Polis bildirib ki, partlayış «LiAZ» markalı avtobusda baş verib. Ona sınaq üçün yanacaq kimi metandan istifadə sistemi quraşdırılıbmış.