Moskva meri Sergey Sobyanin paytaxtın Cənub dairəsinin prefekti Georgi Smoleyevski və Qərbi Biryulevo rayonunun rəhbəri Viktor Leqavini vəzifələrindən kənarlaşdırıb, Cənub-Şərq dairəsinin prefektinə isə töhmət verib.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, S. Sobyanin bildirib ki, Moskva rayonlarının rəhbərləri nəzarət etdikləri ərazilərdə kütləvi qanun pozuntularına görə şəxsi məsuliyyət daşımalıdır: “Pokrov meyvə-tərəvəz bazasında aşkara çıxarılmış pozuntulara görə də yerli rəhbərlər məsuliyyət daşıyır. Formal baxımından buna onlar cavabdehlik daşımaya bilər, lakin biz təlimatların arxasına sığına bilmərik. Sizlər mənim qarşımda cavabdehsiniz, mən isə baş verənlərə görə bütün moskvalıların qarşısında cavabdehəm”.