Moskva ətrafında polis gizli tikiş sexi aşkarlayıb. Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, həmin qanunsuz müəssisə Ramensk rayonundakı meyvə-tərəvəz bazasında yerləşirmiş.
Polis bildirib ki, oradakı geyimlər meyvə – tərəvəz bazasında işləyənlər üçün tikilirmiş: «Sex ərazisində gecə-gündüz yüzdən çox qanunsuz mühacir, Vyetnam vətəndaşları, çalışırmış. Hazır malların üzərinə tanınmış firmaların etiketləri tikilirmiş.
Həmin baza ərazisində polis 40 - dan çox Tacikistan və Özbəkistan vətəndaşı olan qanunsuz mühacir saxlayıb.
Olayla bağlı məhsul nişanlarından qanunsuz istifadə və mühacirətin təşkili üzrə cinayət işi açılıb.