Mobil İP-telefoniya istifadəçilərinin sayı 1 milyarda çatacaq
17 iyul 2013 17:14 (UTC +04:00)

Mobil İP-telefoniya istifadəçilərinin sayı 1 milyarda çatacaq

 

Keçən il dünyada İP-telefoniya servislərindən (OTT VoIP) istifadə edənlərin sayı 2011-ci illə müqayisədə 6,5 dəfə artaraq 640 milyon nəfərə çatıb.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Infonetics” analitik şirkəti 2013-cü ildə  istifadəçilərinnin sayının 1 milyard nəfərə yüksələcəyini proqnozlaşdırır.

 

Hazırda “Skype” İP-telefoniya servisləri sahəsində liderdir. Bununla yanaşı, bazarda “Fring”, “KakaoTalk”, “Line”, “Nimbuzz”, “WeChat” və “Viber” kimi çoxlu əlavələr də yer alıb. 2012-ci ildə bir “VoIP” istifadəçisindən əldə edilən orta illik gəlir cəmi 7,13 dollar təşkil edib. Aşağı gəlir səviyyəsi “VoIP” servislərinin provayderlərini fəal şəkildə ənənəvi operatorlara reklam yerləri və böyük həllər təklif etməyə məcbur edir. 

 

Aparılan araşdırmalara görə, LTE şəbəkələri (VoLTE) üzrə səsli kommunikasiya vasitələrindən istifadə edənlərin sayı 2012-2017-ci illər arasında hər il 145 faiz artacaq. “Infonetics”in proqnozuna görə, dünya “VoIP” və “VoLTE” mobil servislər bazarının həcmi 2017-ci ilədək ümumilikdə 16 milyard dollar olacaq.   “VoLTE” sahəsində şirkət analitikləri “SK Telecom” şirkətinin uğurunu qeyd edirlər. Bu şirkətin abunəçi bazası 2013-cü ilin aprelində 3,6 milyon olub.  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar