ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) baş direktorunun müavini Maykl Morell tutduğu vəzifədən getmək istədiyini elan edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ evdən bildirilib ki, onun yerini Milli təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Avril Heyns tutacaq.
Morell təqaüdə çıxdığını, bunun işlədiyi qurumun «uğursuz fəaliyyəti ilə bağlı olmadığını» söyləyib.
Xatırladaq ki, ötən ilin sentyabrında ABŞ-ın Benqazidəki səfirliyinə basqından sonra MKİ kəskin tənqid edilmişdi.
Maykl Morell qurumda iki dəfə baş direktoru əvəzləsə də, həmişə baş direktor vəzifəsinə başqası təyin olunub.
Baş direktorun müavini bu ilin avqustunda tutduğu vəzifəni tərk edəcək. Prezident Barak Obama ona prezident yanında kəşfiyyat üzrə şuraya başçı olmasının təklif edib.