Misirli satirik zarafatının qurbanı ola bilər
30 oktyabr 2013 01:49 (UTC +04:00)

Misirli satirik zarafatının qurbanı ola bilər

Misirin tanınmış teleaparıcısı Bassem Yusif müdafiə naziri Əbdülfəttah əs-Sisi ilə bağlı zarafat etdiyi üçün mühakimə oluna bilər.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «əl-Cəzirə» telekanalı məlumat yayıb.

 

«Proqram» adlanan verilişdə Yusif Misirdə «vətənin qurtuluşçusu» kimi ad çıxarmaqda olan əs-Sisinin ünvanına kəskin fikir söyləyib. O, devrilişdən sonra ölkədə söz azadlığını olmamasını da dolayı yola çatdırıb.

 

Bu tanınmış satirik «cəmiyyətin təhlükəsizliyin pozmaq məqsədi ilə yalan informasiya yaymaq» ittihamı ilə mühakimə edilə bilər. B.Yusif misirliləri onun məsələsi ilə bağlı əlavə hay-küy yaratmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar