Misirlə Efiopiya savaş həddində
14 iyun 2013 06:36 (UTC +04:00)

Misirlə Efiopiya savaş həddində

 

Efiopiya (Həbəşistan) parlamenti Nil çayının suyunun bölüşdürülməsi ilə 1929-cu ildə Misir və Sudanla imzaladığı müqaviləni ləğv edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, parlamentin bu qərarı Misirin hakim çevrələrində rahatsızlıq yaradıb.

 

Bundan başqa rəsmi Qahirə Əddis-Əbəbnin yeni su anbarı tikmək niyyətinə də etiraz edib.Misir hesab edir ki, bu halda ölkəyə gələn suyun həcmi məhdudlaşacaq.

 

Misir prezidenti Məhəmməd Mursi ötən gün bildirib ki,  Qahirə savaş istəmir, ancaq ölkəsinin su təchizatını da təhlükə altına qoya bilməz

 

Bir müddət öncə Nil hövzəsinə daxil olan 6 dövlət müqavilə imzalayıb. Həmin anlaşmaya əsasən, hövzə dövlətləri öz ərazilərində su anbarı tikərkən, Qahirənin basqınsına məruz qalmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar