Misirdəki toqquşmalarda ölənlərin sayı 525-ə çatıb
15 avqust 2013 20:32 (UTC +04:00)

Misirdəki toqquşmalarda ölənlərin sayı 525-ə çatıb

Misirdə baş verən toqquşmalar nəticəsində həlak olanların sayı 525 nəfərə çatıb.

APA-nın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, bu rəqəmləri Misirin Səhiyyə Nazirliyi açıqlayıb. Rəsmi məlumata görə, yaralanan insanların sayı 3 mini ötüb.

 

“Müsəlman Qardaşları” partiyasının nümayəndələri isə 2200 nəfərin öldüyünü, 10 min nəfərdən çoxu isə yaralandığı barədə məlumat yayıb. Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, Qahirənin məscidləri cəsədlərlə doludur. Xəstəxanalar artıq yaralıları qəbul edə bilmir.

 

Ölkədə isə iğtişaşlar səngimir. Paytaxt Qahirədən başqa, İsgəndəriyyə və Xurqada şəhərlərində də ciddi toqquşmalar baş verib.

 

Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursinin avqustun 3-də devrilməsindən bu günə qədər bu ölkədə vəziyyət gərgin olaraq qalır. “Müsəlman Qardaşları” partiyasının tərəfdarları ölkənin müvəqqəti hakimiyyətdən M.Mursinin azadlığa buraxılması tələbi ilə dayanmadan aksiyalar keçirir.

 

Dünən isə Misir ordusu və polisi aksiyaları dağıtmağa başlayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

Oxşar yazılar