Misirdə Nizaminin abidəsi ucaldılacaq
27 iyun 2013 14:17 (UTC +04:00)

Misirdə Nizaminin abidəsi ucaldılacaq

Misirdə Nizami Gəncəvinin abidəsi ucaldılacaq. Lent.az-a Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən verilən məlumata görə, bu barədə Azərbaycanın prezidenti İlham Əliyev tapşırıq verib. Tapşırığa əsasən Azərbaycan dahi şairi Nizami Gəncəvinin abidəsinin Misirin dünya şöhrətli İsgəndəriyyə kitabxanasında ucaldılması üçün Xarici İşlər Nazirliyi, Azərbaycanın Misirdəki səfirliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin kitabxananın rəhbərliyi ilə danışıqlar aparılıb və bu barədə razılıq əldə olunub.

 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri cari ilin  iyunun 26- da İsgəndəriyyə kitabxanasında olub, abidənin hazırlanması üçün lazımı ölçüləri götürüb, abidənin yerləşdiriləcəyi yer və bundan irəli gələn digər texniki məsələlər müəyyən edilib.

 

Qeyd edək ki, İsgəndəriyyə kitabxanası il ərzində bir neçə milyon turist tərəfindən ziyarət olunur, dünya miqyasında tanınmış elm-mədəniyyət mərkəzlərindən biridir. Bu kitabxanada Azərbaycan şairinin abidəsinin ucaldılması Nizami irsinin ərəb aləmində və dünya miqyasında daha da əbədiləşdirilməsi işinə öz töhfəsini verəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar

Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22