Misir prezidentinin müavini əl-Baradey istefa verib
14 avqust 2013 22:10 (UTC +04:00)

Misir prezidentinin müavini əl-Baradey istefa verib

Misir müvəqqəti hökumətində prezident müavini Məhəmməd əl-Baradey istefa verdiyini elan edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məsələ ilə bağlı onun ərizəsində yazılıb: «Nəticəsindən ehtiyat etdiyim və razılaşmadığım qərarların məsuliyyətini üzərimə götürə bilmərəm. Mən bir damla qanın məsuliyyətini öz üzərimə götürə bilmərəm».

 

Xatırladaq ki, müvəqqəti prezident ölkə üzrə bir aylıq fövqəladə vəziyyət elan edib.

 

Misir Səhiyyə Nazirliyinin məlumatına əsasən, avqustun 14-də baş vermiş toqquşma nəticəsində 149 nəfər həlak olub, 1403 sakin isə yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar