Misir polisi «əl-Qaidə» ilə əlaqədə bilinənə 3 nəfəri həbs edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar paytaxt Qahirə və İsgəndəriyyədə bir sıra partlayış törətməyi planlaşdırırmış.
Misirin daxili işlər naziri Məhəmməd İbrahim sözlərinə görə, onların hədəflərindən biri də Fransanın Qahirədəki səfirliyinin binası olub. Nazir terrorçuların planı artıq son mərhələdə imiş.
Həbs olunanlardan partlayıcı qurğuda istifadə olunacaq 10 kq kimyəvi maddə, eləcə də bombanın hazırlanmasına dair təlimat müsadirə edilib.
Nazir əlavə edib ki, onlardan biri Pakistan və İranda hazırlıq keçib.