Misir ordusu hərəkətə keçdi, dövlət televiziyası nəzarətə götürüldü
03 iyul 2013 19:18 (UTC +04:00)

Misir ordusu hərəkətə keçdi, dövlət televiziyası nəzarətə götürüldü

Misir ordusunun prezident Məhəmməd Mursi və müxaliflərə uzlaşmaq üçün verdiyi vaxt saat 18:30-da başa çatıb.

Lent.az-ın “Reuters” agentliyinə istinaədn verdiyi məlumata görə, artıq ordu bölmələri küçəyə çıxıb və Misir Dövlət Televiziyası nəzarətə götürülüb.

Zirehli texnika ilə əhatə olunan telekanala işçilərdən başqa heç kim buraxılmır. Siyasilərin uzlaşması üçün ayrılan müddətin bitməsinə bir saat qalmış müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdulfettah El Sisi və ordu generalları müxaliflər və dini liderlərlə görüş keçirib. Görüşə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq rəhbəri, Milli Azadlıq Cəbhəsinin liderlərindən olan Məhəmməd əl-Baradey, Əl Əhzər şeyxi Əhməd əl-Tayyib, Misir ortodoks xristianlarının lideri kardinal Tovadros və Nur Partiyasının sədri Celal Merra qatılıb. Hakimiyyətdəki Azadlıq və Ədalət Partiyası da görüşə dəvət edilib, ancaq hakim partiya görüşə nümayəndə göndərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar