Misir hakimiyyəti etiraz aksiyasını dağıdacağını bildirib
08 avqust 2013 05:16 (UTC +04:00)

Misir hakimiyyəti etiraz aksiyasını dağıdacağını bildirib

Avqustun 7-də Misirin müvəqqəti baş naziri Xazəm Bablavi bildirib ki, Qahirədəki Rəbiyə əl –Ədəviya və «ən-Nahda» meydanlarında «Müsəlman qardaşları» hərəkatının keçirdiyi oturaq aksiyalarının dağıdılacağı barədə hökumət qərar qəbul edib.

 

Lent.az-ın «intrefaks»a istinadən məlumatına görə, hökumət başçısı etiraz aksiyalarının «bütün qaydaları aşdığını» və «hakimiyyətin dözümünün bitdiyini» vurğulayıb.

 

O, xəbərdarlıq edib ki, polisə və ya dinc əhaliyə qarşı istənilən silah tətbiqi «güc və qərarlı fəaliyyətlə qarşılanacaq».

 

Bablavi yenidən aksiya iştirakçılarından evlərinə dağılışmağı və iş yerlərinə dönmələrini istəyib: «Əli qana batmayanlar mühakimə olunmayacaq».

 

Avqustun 7-də Misir hakimiyyəti onu da bildirib ki, xarici vasitəçilərin münaqişə aparan tərəflər arasında vəziyyəti nizamlamaq yönündəki  fəaliyyəti nəticəsiz başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar