“Microsoft” şirkətinin quruusu Bill Qeyts yenidən dünyanın ən varlı adamı olub.
Lent.az-ın “Bloomberg” jurnalına istinadən verdiyi məlumata görə, bu, hər gün yenilənən “Milyarderlərin indeksi”ndə yer alıb.
Bill Qeyts sonuncu dəfə 2007-ci ildə bu reytinq siyahısına başçılıq edib. Dünən 57 yaşlı Bill Qeytsin var-dövlətinin dəyəri 72,7 milyard dollara çatıb. Bu, keçən illə müqayisədə 10 milyard dollar çoxdur. Bill Qeyts bununla da milyarderlər siyahısına başçılıq edən meksikalı mediamaqnat Karlos Slimi 550 milyon dollar qabaqlayıb. Karlos Slim hazırda bu siyahının ikinci pilləsində qərarlaşıb. “America Movil” telekommunikasiya imperiyasının sahibi olan 73 yaşlı Karlos Slim ilin əvvəlindən 2 milyard dollar kasıblayıb və hazırda 72,1 milyard dollar sərvəti var.
Milyarderlərin reytinq siyahısında üçüncü yerdə isə 59,6 milyard dollarla sərmayəçi Uorren Baffet qərarlaşıb.