Türkiyəli tanınmış aktyor Halit Akçatepe vəfat edib. Lent.az hurruyet.com.tr-yə istinadən xəbər verir ki, aktyor bu gün 79 yaşında İstanbulda dünyasını dəyişib. Son vaxtlar onun səhhətində tez-tez problemlər yaranırdı.
Qeyd edək ki, H.Akçatepe daha çox komik rolları ilə məşhurluq qazanmışdı. O, Türkiyənin məşhur filmlərindən olan "Hababam sinifi"nin ən sevilən obrazlarından olub. "Güdük Necmi" ləqəbliylə bu filmdə tanınıb və çox sevilib. Aktyorun ən yaxın tərəf müqabilləri arasında Türkiyənin məşhur komediya ustası Kemal Sunal da olub.