Elektron attestatı  "apostil" etmək olar? - Murad Arifin şikayətinə CAVAB
12 avqust 2026 16:34 (UTC +04:00)

Elektron attestatı "apostil" etmək olar? - Murad Arifin şikayətinə CAVAB

0

Müğənni Murad Arif məktəb attestatlarının elektron formada təqdim olunması ilə bağlı yaşadığı problemhaqqında sosial şəbəkə hesablarında paylaşım edib. Elm və Təhsil Nazirliyinə müraciət edən sənətçi bildirib ki, yeni qaydalara əsasən attestat elektron formada, PDF şəklində təqdim olunur, lakin sənədi "apostil" etdirmək mümkün deyil. Murad Arif qeyd edib ki, övladının xaricdə təhsil alması üçün sənədlərin rəsmiləşdirilməsi zamanı bu məsələ ciddi çətinlik yaradır.

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir:

"11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri- attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.

Attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.

Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.

Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar