Merlin Monroya həsr olunan sərginin eksponatları oğurlanıb
23 may 2013 06:00 (UTC +04:00)

Merlin Monroya həsr olunan sərginin eksponatları oğurlanıb

ABŞ-ın tanınmış aktrisası Merlin Monroya həsr olunmuş sərginin eksponatları İtaliyadan Çexiyaya gətirilərkən,yolda bir qismi oğurlanıb.

 

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, tədbirin təşkilatçıları bu haqda açıqlama verib.

 

«Aktrisanın geyimlərini və fotolarını gətirən furqon Çexiyanın mərkəzində naməlum şəxslər tərəfindən basqına məruz qalıb»-deyə, mayın 30-da keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçılarından biri Yan Trestik bildirib.

 

Onun sözlərinə əsasən, oğurlanmış eksponatları belə tezliklə qaytarmaq mümkün deyil, eləcə də tədbiri təxirə salmaq və ya onu bir müddət gec keçirmək də risqlidir.

 

Yerli polis isə olayla bağlı axtarış-əməliyyat işlərinin görüldüyünü bildirib.

 

Məlumata əsasən, sərgi mayın 30-da Praqanın Qrad rayonunda açılmalıdır.

 

Sərginin əşyaları ötən il İtaliyanın «Salvatore Ferraqamo» şirkəti tərəfindən hazırlanıb.

 

Monro bu firmanın ayaqqabılarını xoşlayırmış. Onun qarderobunda bu şirkətin yüzlərə ayaqqabı var.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar