Meksikanın cənubunda «Remex» neft şirkətinin qaz kəmərindən ammiakın sızması nəticəsində həlak olanların sayı 7-yə çatıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, zəhərlənənlərin 40 nəfər olduğu bildirilib.
Zəhərlənənlərin 15-i xəstəxanaya yerləşdirilib. Hakimiyyət olay yerinə yaxın ərazidən 1,5 min nəfəri köçürüb. Həmin rayonun səmasında zəhərli bulud yaranıb.