Məhkəmə siam əkizləri ayırmağa qoymadı
11 aprel 2013 06:12 (UTC +04:00)

Məhkəmə siam əkizləri ayırmağa qoymadı

Hindistanın Ail məhkəməsi Biari ştatının şimalında yaşayan 17 yaşlı bacıların, siam əkizlərinin cərrahiyyə əməliyyatı ilə ayrılmasını qadağan edib.

 

Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, bacıların hərb birinə yerli hakimiyyətin 90 dollar müavinət verməsi haqda məhkəmə qərar da  çıxarıb.

 

Əvvəllər bacıların ayrılması ilə bağlı mürəkkəb əməliyyatın keçirilməsi planlaşdırılmışdı.

 

Qızları vəziyyətini öyrənmək üçün amerikalı cərrah Bencamin Karson Hindistana səfər də etmişdi. O, əməliyyat aparmağa razılıq verərək, acılardan birinin sağ qalacağını da bildirmişdi. Bundan başqa bir neçə əməliyyatın keçirilə bilərdi. Bacılardan birinin böyrəyi yoxdur. Cərrahiyə əməliyyatının bütün xərclərini körfəz dövlətlərindəki şeyxlərdən biri üzərinə götürüb.

 

Əkizlərin atası Şakil Əhməd əməliyyata qarşı olub. AAruş Dhasman, tələbə-hüquqçu məsələ ilə bağlı Ali məhkəməyə müraciət edib. Fərəh və Sabah bacıları bildirib: «Biz çox şadıq. Ali məhkəmə bizim anadan olandan bir yerdə yaşamağımıza icazə verdi».

# 777
avatar

Oxşar yazılar