Mehdi Kərrubi xəstəxanaya yerləşdirildi
21 noyabr 2013 10:13 (UTC +04:00)

Mehdi Kərrubi xəstəxanaya yerləşdirildi

İran müxalifətinin liderlərindən biri, heç bir məhkəmə qərarı olmadan üç ildən çoxdur, ev dustaqlığında saxlanan Mehdi Kərrubi xəstəxanaya yerləşdirilib.


 

APA-nın məlumatına görə, bu barədə onun həyat yoldaşı Fatimə Kərrubi ailəyə yaxın olan “Səhamnews” xəbər saytına açıqlamasında bildirib. F. Kərrubinin sözlərinə görə, ötən yeddi gün ərzində həyat yoldaşı iki dəfə xəstəxanaya qaldırılıb: “Sonuncu dəfə M. Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının müşayiəti ilə noyabrın 18-də səhər saatlarında müalicə, həmçinin bəzi kliniki və parakliniki tədbirlərin həyata keçirilməsi üçün Tehranın Lalə xəstəxanasına aparılıb. Həyat yoldaşım müayinələr tamamlandıqdan sonra axşam saatlarında yenidən saxlanıldığı yerə qaytarılıb. Təəssüflər olsun ki, havaya çıxa bilməməsi, gün işığından məhrum olması, ən vacibi, qeyri-sağlam mühitdə saxlanılması onda bir çox xəstəliklərin yaranmasına səbəb olub”.

 

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır.

 

Onların həbsdə saxlanılmalarının artıq min günü tamam olub. Ailə İran prezidenti Həsən Ruhanidən M. Kərrubinin ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647
avatar

Oxşar yazılar