Mattis:«Əfqanıstanda 13,6 min hərbçimizin saxlanılmasını istəyirəm»
NATO Əfqanıstanda vəzifəsini başa çatdırdıqdan sonra ABŞ 13,6 min hərbçisini bu ölkədə saxlayacaq.
Lent.az-ın «RİA-Novosti» -yə istinadən məlumatına görə, bunu ABŞ silahlı qüvvələrri mərkəzi komandanlığının komandanı Ceyms Mattis senatın Silahlı qüvvələr üzrə komitəsində açıqlayıb.
«2014-cü ildən sonra Əfqanıstanda qalacaq hərbçilərimizn sayı ilə bağlı qərar qəbul olunmayıb. Bu məsələ hələ ki müzakirə edilir. Mən öz təqdimatı diqqətinizə çatdırdım. Mən 13 min 600 hərbçinin saxlanılmasını təklif edirəm. Səlahiyyətim daxilində olmadığından NATO-nun saxlayacağı say barəsində bir söz deyə bilmərəm»-deyə, Mattis bildirib.
Ağ evin təmsilçisi isə bir müddət öncə, 6-9 min arasında hərbçinin saxlanılacağı ehtimalını söyləymişdi.
Xatırladaq ki, hazırda Əfqanıstanda 66 min amerikalı hərbçi xidmət göstərir.