Matrosu ürəyindən bıçaqlayan azərbaycanlı çıxdı
12 sentyabr 2013 16:52 (UTC +04:00)

Matrosu ürəyindən bıçaqlayan azərbaycanlı çıxdı

Sentyabrın 11-də səhər Sankt-Peterburqun Nevski rayonunda Rostov sakinini ürəyindən bıçaqlayan şəxs tutulub.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bıçaqlanan 27 yaşlı şəxs teploxodlardan birində matros olub.

İstintaq müəyyən edib ki, sentyabrın 10-dan 11-nə keçən gecə  matros və onun tanışları bir neçə Azərbaycan əsilli şəxslə vağzaldakı kafedə yeyib-içiblər. Spirtli içkidən gen-bol istifadə edilən görüşdə “Altavi” Açıq Səhmdar Cəmiyyətində mühafizəçi kimi çalışan, Rusiyada qeyri-qanuni yaşayan 29 yaşlı Azərbaycan vətəndaşı Taleh Həmidov da olub.  Matros daha sonra “Proletarskaya” metrosu ilə üzbəüz, çayda olan teploxoda gedərkən metronun yaxınlığında Taleh Həmidovun hücumuna məruz qalıb. Taleh Həmidov daha sonra hadisə yerindən qaçıb. Ürəyinin sağ mədəciyindən bıçaqlanan matros xəstəxanaya yerləşdirilib. Polis tərəfindən saxlanılan Taleh Həmidov törətdiyi cinayəti etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar