Mardində vilayətində terror aktı baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident Qızıltəpə qəsəbəsinin hərbi xidmətə çağırış şöbəsində baş verib.
Terrorçular tərəfindən törədilən partlayış nəticəsində uçqun altında qalan suriyalı inşaat gözətçisi ölüb, 1-i əsgər, 3-ü uşaq olmaqla, 11 nəfər yaralanıb.
Partlayışdan dərhal sonra hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb.