Maoçuların basqını: 16 nəfər həlak olub
26 may 2013 01:29 (UTC +04:00)

Maoçuların basqını: 16 nəfər həlak olub

Maoçular basqını: 16 nəfər həlak olub

Hindistanın mərkəzində Çhattisqarh ştatında maoçu-qiyamçıların  siyasiləri avtomobil karvanına basqını nəticəsində 16 nəfər həlak olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həlak olanlar arasında hakim Milli Konqress Partiyasının yerli lideri də var.

 

Polisin məlumatına əsasən, karvan Raypur rayonundan cənuba hərəkət edərkən, qiyamçılar atəş açıb.

 

Maoçular Hindistanın mərkəz və şərq hissəlində 40 ildir fəaliyyət göstərir. Onlar ölkənin yoxsul əhalisi üçün torpaq və iş tələb edir.

 

Ölkənin baş naziri Manmoxan Sinqhin sözlərinə əsasən, onlar Hindistanın təhlükəsizliyinə başlıca təhdiddir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar