Mandelanın mənzilinin işıq və su xətti kəsiblərmiş
06 avqust 2013 05:17 (UTC +04:00)

Mandelanın mənzilinin işıq və su xətti kəsiblərmiş

İohannesburqun bələdiyyə şurası Cənubi Afrikanın Respublikasının keçmiş prezidenti Nelson Mandeladan və ailəsindən onun mənzilinə gələn suyun və elektrik enerjisinin kəsilməsinə görə üzr istəyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şəhər şurasından bildirilib ki, kommunal xərclərlə bağlı 600 dollardan artıq borc qəbzi səhvən Mandela ailəsinə göndərilib. Bu səbəbdən də onların işıq və su xətləri bağlanıb.

 

Şura təmsilçisi bunu böyük təəssüf hiss ilə qarşıladıqların bildirib.

 

Xatırladaq ki, N.Mandela iyulun 8-dən Pretoriyada xəstəxanadadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar