Maliki Obamadan yardım istəyir
02 noyabr 2013 07:01 (UTC +04:00)

Maliki Obamadan yardım istəyir

İraq hökumətinin başçısı Nuri əl-Maliki ABŞ prezidenti Barak Obama ilə görüşdə ölkəsindəki zorakılığa qarşı mübarizəni müzakirə edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Ağ evdən bu yöndə yardımı artırmasını istəyib.

 

İraq ABŞ-dan hərbi texnika, o cümlədən döyüş vertolyotları almaq istədiyini bildirib. Müzakirə zamanı Obama qeyd edib ki, İraq seçki haqqında qanunu qəbul etməli, dinlərarası münaqişəni yalnız danışıqlar yolu ilə həll etməyə çalışmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar