Malayziyada, paytaxt Kuala-Lumpurda on minlərlə insan mayın 5-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən bu siyasi kampaniyanın qalibi 50 il hakimiyyət olan Milli Koalisiya Cəbhəsi olub.
Etiraz aksiyasının iştirakçıları şəhər stadionuna toplaşaraq, səslərin yenidən sayılmasını istəyiblər.
Müxalifət lideri Ənvər İbrahim tərəfdarları qarşısında çıxış edərək, məğlubiyyəti qəbul etmədiyini və seçkini «ədalətsiz» adlandırıb.
ABŞ hakimiyyəti də səslərin nəticələrinə şübhə etdiyini bildirib.