Mahaçqala ətrafında aparılan xüsusi əməliyyat zamanı 5 yaraqlı öldürülüb. Lent.az-ın məlumatına görə, asayiş keşikçiləri yaşayış evlərindən birini mühasirəyə alaraq, yaraqlılarla atışmaya başlayıblar.
Ölənlər arasında Volqoqraddakı terror aktında əli olan yaraqlı Dmitri Sokolov da var.
Qeyd edək ki, daha öncə güman edilən yaraqlılardan ən azı 3-ü öldürülüb.