Avstraliyada kuryoz hadisə baş verib.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Avstraliya polisi Kvinslend ştatında bir mağazada soyğunçuluq faktını araşdırıb.
Polis cinayət yerinə gəlib və mağazada xeyriyyə məqsədi ilə toplanmış ərzağın bir hissəsinin aparıldığını, bir hissəsinin dağıdıldığını, geyimin isə ətrafa səpələndiyini görüb. Eyni zamanda mağazanın tavanının yarıya qədər dağıdıldığının şahidi olublar. Polis əməkdaşı Don Old deyib ki, soyğunçunun mağazaya damdan endiyini düşünüblər. Mağazanın damında araşdırma aparılarkən isə orada piton aşkarlanıb. 6 metr uzunluqda, 17 kiloqram ağırlığındakı “uğursuz soyğunçu” yaxalanıb. Piton yaşayış qəsəbəsindən kənarda meşəlik ərazidə təbiətə buraxılıb.