İtaliyanın tansnmış siyasətçisi Culio Andreotti ağır xəstəlikdən sonra 95 yaşında vəfat edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, bir neçə dəfə İtaliyanın baş naziri olub.
Andreotti 1972-73, 1976-79 və 1989-92-ci illərdə ölkəsinin hökumət başçısı vəzifəsini tutub. Bundan başqa o, müdafiə naziri və xarici işlər naziri də olub.
1993-cü ildə isə mafiya ilə əlaqədə şübhəli bilindiyindən Andreotti istefa verib.
2002-ci ildə mafiya əlaqələrinə və jurnalistin qətlində iştiraka görə o, 24 il azadlıqdan məhrum edilmişdi. Ancaq 2003-cü ildə keçmiş baş naziri sərbəst buraxıblar.