Madaqaskarda sakinlər uşaq orqanı qaçaqmalçılarını yandırıb
04 oktyabr 2013 02:13 (UTC +04:00)

Madaqaskarda sakinlər uşaq orqanı qaçaqmalçılarını yandırıb

Madaqaskarda hiddətlənmiş yerli əhali insan orqanı qaçaqmalçılığında şübhələndiyi avropalı iki kişini diri-diri yandırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olayın baş verməsinə səbəb son zamanlar kənddə uşaqların itməsi olub.

 

Hadisə turist adası Nusi-Bedə baş verib.Oktyabrın 2-də  yerli polis uşaq itkisi ilə əlaqədar yerli bir kişini həbs edib. Asayiş keşikçiləri bildirib ki, bundan sonra sakinlər polis məntəqəsinin yerləşdiyi ərazidə qarşılqlıq yaradıb. Polis heasb edir ki, həbs edilən kişi uşağın orqanını çıxarıb və satıb.

 

Baş verənlərin ardınca yerli əhali əcnəbilərin «ovuna» çıxıb.

 

Hakimiyyəti yandırılan xaricilərin Fransa vətəndaşları olduğunu bildirsə də, şahidlər isə  onlardan birinin italiyalı olduğunu ehtimal edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899
avatar

Oxşar yazılar