Macarıstanın «Yobbik» Sağ-radikal Partiyası Budapeştdə Dünya Yəhudilərinin Konqresinin keçirilməsinə etiraz aksiyası keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimiyyət bu aksiyanın qarşısını almağa cəhd göstərsə də, küçələrə bir neçə yüz partiya tərəfdarı çıxıb.
«Yobbik» ölkə parlamentində deputatların sayına görə üçüncü siyasi təşkilatdır. Partiyanın təmsilçiləri bildirib ki, «yəhudilərin Macarıstanı almasına» etiraz edirlər.
Bu siyasi təşkilatın başlıca məqsədi macarların milli dəyərlərinin, maraqlarının qorunmasıdır.
Dünya yəhudilərinin qurultayı mayın 5-də Budapeştdə keçiriləcək.