Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan Azərbaycanı Nabucco-nu dəstəkləməyə çağırıblar
19 iyun 2013 12:20 (UTC +04:00)

Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan Azərbaycanı Nabucco-nu dəstəkləməyə çağırıblar

Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan Azərbaycanı Nabucco West qaz kəməri layihəsini dəstəkləməyə çağırıblar. APA-nın Avropa mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə ötən həftə Slovakiyada keçirilən Mərkəzi Avropa Sammitinin yekunlarına həsr olunmuş brifinqdə Avstriyanın prezidenti Xaynts Fişer deyib.

 

Onun sözlərinə görə, Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan prezidentləri adından Azərbaycan prezidenti İlham Əliyevə Nabucco West layihəsini dəstəkləməyə çağıran məktub göndərilib.

 

Xatırladaq ki, “Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya çıxaracaq kəmər layihəsi ilə bağlı qərar qəbul etməlidir. Azərbaycan Nabucco West və TAP layihələri arasında seçim edəcək. 

 

Xaynts Fişer Nabucco West  layihəsinə üstünlük verdiyini bəyan edib: “Çünki bu layihə böyük miqdarda enerji resursları nəql etməyə, təbii qazla təminat məsələsində Rusiyadan tam asılı olan Mərkəzi və Şərqi Avropaya qaz nəqlini şaxələndirməyə imkan verir. Biz şaxələndirməyə inanırıq. Bu sahədə inhisar və inhisarçı vəziyyət olmamalıdır”. 

 

O qeyd edib ki, Nabucco West layihəsi ilə bağlı məktuba Türkiyə də dəstək verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar

Bu girovlar azadlığa buraxılır

Bu girovlar azadlığa buraxılır

19 yanvar 2025 , 14:30
Qəzzada atəşkəs başladı

Qəzzada atəşkəs başladı

19 yanvar 2025 , 13:29
Josip Dabro

Havaya atəş açdı, nazir postundan getdi

19 yanvar 2025 , 11:48
Qəzzada atəşkəs təxirə düşdü-YENİLƏNİB

Qəzzada atəşkəs təxirə düşdü-YENİLƏNİB

19 yanvar 2025 , 11:05
“TikTok” ABŞ-də bağlandı -YENİLƏNİB

“TikTok” ABŞ-də bağlandı-YENİLƏNİB

19 yanvar 2025 , 09:35
Qəzzada ilk addım atıldı

Qəzzada ilk addım atıldı

19 yanvar 2025 , 09:07
Məhkəmə prezidentlə bağlı həbs qətimkan tədbiri   seçdi

Məhkəmə prezidentlə bağlı həbs qətimkan tədbiri seçdi

18 yanvar 2025 , 23:00
İsrail 1890 fələstinlini azad edəcək

İsrail 1890 fələstinlini azad edəcək

18 yanvar 2025 , 21:05