London da Liviyadakı səfirliyindən əməkdaşlarını çıxarır
11 may 2013 01:14 (UTC +04:00)

London da Liviyadakı səfirliyindən əməkdaşlarını çıxarır

Britaniya hakimiyyəti Liviya paytaxtı Tripolidəki səfirliyi əməkdaşlarının bir hissəsini ölkədən çıxaracağını bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi ölkədə vəziyyətin mürəkkəbləşdiyi və təhlükəsizlik sahəsində problemin yarandığı göstərilib.

 

Britaniya xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, səfirlik öz fəaliyyətini davam etdirəcək, Tripolidən yalnız qurumun bir neçə əməkdaşı çıxarılacaq.

 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti də Liviya paytaxtından əməkdaşlarını çıxarmaqla yanaşı, vətəndaşlarına bu ölkəyə səfəri təxirə salmağı məsləhət görüb.

 

Departament bunu Liviyada təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə əlaqələndirib.

 

«Mayın əvvəlində silahlı qruplaşmalar keçmiş rejimin məmurları haqda qanunla razılaşmadıqları üçün hökumət binasını mühasirəyə alıblar» - deyə, qurum bildirib.

 

Departament bildirib ki, Liviyada istiqrarın olmaması ABŞ vətəndaşlarına konsul xidmətində məhdudiyyətlərin artmasına səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379
avatar

Oxşar yazılar