Liviyanın Misrata şəhər məhkəməsi Müəmmar Qəddafinin hakimiyyəti dövründə ölkənin təhsil və informasiya naziri olmuş Əhməd İbrahim barəsində ölüm hökmü qərarı çıxarıb.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, o, «Milli təhlükəsizliyə zərbə vurmaqda və dinc sakinlərin qətlinin təşkilində» ittiham olunub.
Məhkəmə zamanı keçmiş təhsil naziri ona qarşı irləi sürələn ittihamları etiraf edib. Hökm Liviyanın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.