Livanda Almaniya vətəndaşları girov götürüldü
02 noyabr 2013 11:02 (UTC +04:00)

Livanda Almaniya vətəndaşları girov götürüldü

Livanın paytaxtı Beyrutdan 30 km aralıdakı Beka vadisində Almaniyanın 2 vətəndaşı oğurlanıb. Lent. az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, onları “Mercedes” avtomobilində olan silahlı şəxslər girov götürüblər.

 

Adam oğruları almanlardan birinin adına onlayn pul transferi şöbəsindən pul çıxarmaq istəyiblər. Lakin şöbə əməkdaşları pulu verməkdən imtina ediblər. Bundan sonra cinayətkarlar öz girovları ilə birgə naməlum istiqamətdə gizləniblər. Ardından onlar Almaniya vətəndaşlarından birinin dostu ilə əlaqə saxlayaraq, pul istəyiblər. Pulun məbləği və insidentin digər təfərrüatları məlum deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar