Livan ordusundan Suriyadakı rejimə xəbərdarlıq
13 iyun 2013 02:48 (UTC +04:00)

Livan ordusundan Suriyadakı rejimə xəbərdarlıq

 

İyunun 12-də Livanın Silahlı qüvvələri Suriya tərəfdən yeni təcavüzkar fəaliyyət olacağı halda cavab zərbəsi endirəcəklərini bildirib.

 

Lent.az-ın «Frans press»- istinadən məlumatına görə, Arsal şəhərində baş vermiş olayı dəyərləndirən Livan ordusu bəyan edib ki, bu yaşayış məntəqəsi ətrafında yerləşdirilən hərbçilərə Livanın ərazi bütövlüyünün pozulmasına qarşı dərhal cavab verilməsi tapşırılıb.

 

Xatırladaq ki, Livanla sərhəddə yerləşən Arsal şəhəri Suriyadakı rejimə bağlı Hərbi Hava  Qüvvələrinin vertolyotu tərəfindən atəşə tutulub. Nəticədə bir dinc sakin həlak olub.

 

Mənbə bildirib ki, bu yaşayış məntəqəsinin sakinləri  Suriyadakı müxalifəti dəstəkləyir

# 615
avatar

Oxşar yazılar