Leninin teleqramı hərraca çıxarılır
12 iyun 2013 07:02 (UTC +04:00)

Leninin teleqramı hərraca çıxarılır

Dünya kommunistlərinin lideri Vladimir Lenin İsveçrədən Rusiyaya yolladığı teleqram iyunun 12-də «Christie's» ticarət evində hərraca çıxarılacaq.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, həmin teleqram 1917-ci il aprelin 6-da fransız sosialist Anri Jilboya ünvanlanıb: «Biz sabah günorta Almaniyaya yola çıxırıq. (Frits) Platen qatarı müşayiət edəcək. Lütfən, tez gəlin. Xərcləri ödəyəcəyik. Əgər razıdırsa Romen Rolanı da özünüzlə götürün. (Şarl) Nena və ya (Erne-Polya) Qraberi gətirmək üçün əlinizdən gələni edin. Folkshaus.Ulyanov».

 

 

Fevral inqilabının baş verdiyini bilən kimi onda Lenin İsveçrədən Rusiyaya qayıtmağı planlaşdırmışdı. Onda Platen Leninin olduğu qatarı ölkə ərazisindən yola salmaq üçün  Almaniyanın Xarici İşlər Nazirliyini razı salmışdı.

 

1917-ci il aprelin 9-da inqilabçılar Berni tərk etsə də, Leninin tərəfdarı olan qruplara Jilbao və Rolan daxil olmamışdı. Bir həftə sonra Lenin oradan Petroqradın  Finlandiya vağzalına gəlmiş, 6 ay sonra isə məlum Oktyabr inqilabı baş vermişdi.

 

Məlumata əsasən, bu illər ərzində teleqramın Jilbao ailəsində saxlanılıb. İki il öncə teleqrama Neyi-Sür-Sent hərracında indiki yiyəsinə satılıb.

 

Bu tarixi sənədin dəyərinin 20-30 min funt-sterlinq olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110
avatar

Oxşar yazılar